Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ermənistanın müdafiə naziri maliyyə pozuntularına görə cərimələnib

User 20 Avqust 2024 - 21:51 (Last updated: 21 May 2025 - 20:15)
ermeni muda

Ermənistanın müdafiə naziri Suren Papikyan “Vətəndaş müqaviləsi” partiyasının İdarə Heyətinin sədri olarkən yol verdiyi qanun pozuntularına görə cərimələnib.

Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, Papikyan 2022-ci ildə “Siyasi partiyalar haqqında” qanunu pozaraq, təxminən 11,4 milyon dram (təxminən 30 min dollar) məbləğində xərclərin nağd şəkildə ödənilməsinə icazə verib. Halbuki, bütün xərclər nağdsız şəkildə aparılmalıdır.

Xərclərin şərtlərini aydınlaşdırmaq üçün aprel ayında komissiya 2022-ci il üçün bank hesablarından bütün çıxarışları təqdim edən “Vətəndaş müqaviləsi” tərəfinə müraciət edib.

Məlum olub ki, partiya öz vəsaitinin bir hissəsini bankomatlar vasitəsilə nağdlaşdırıb, lakin ümumi məbləğin nəyə xərcləndiyini dəqiqləşdirməyib. Məlumata görə, Papikyan Dövlət Komissiyasının dəvəti ilə prosesə aydınlıq gətirmək üçün gəlməyib.

Nəticədə avqustun 16-da onun iştirakı olmadan qərar qəbul edilib. S. Papikyan 2022-ci ilin oktyabrına qədər partiyanın İdarə Heyətinə rəhbərlik edib və onu baş nazir Nikol Paşinyan əvəzləyib. (Report)

Post navigation

Previous: Xəzər dənizində zəlzələ olub
Next: “Dinamo” və “Qarabağ”ın start heyətləri bəlli olub –

Oxşar xəbərlər

1740495806_manat-1560526404-1
  • Sosial

2027-ci ildə yaşayış minimumu 314 manat olacaq – Pensiyaçılar və uşaqlar üçün yeni məbləğlər

User 28 Oktyabr 2026 - 13:23
mekteb
  • Sosial

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edib

User 28 Oktyabr 2026 - 13:17
musa02
  • Sosial

Məhəmmədhaqqının 70-ci yubiley Haqqı

User 28 Oktyabr 2026 - 12:58

xƏBƏR

market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
Azərbaycanda ərzaq məhsullarının qiymətləri yenidən ailə büdcəsinə təzyiq göstərir. Dövlət Statistika Komitəsinin son açıqladığı inflyasiya göstəricilərinə görə,...
Read more about Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?
Bu məşqlər onurğaya zərər verə bilər – Neyrocərrahdan xəbərdarlıq onurqa
  • Maraqlı

Bu məşqlər onurğaya zərər verə bilər – Neyrocərrahdan xəbərdarlıq

User 28 Oktyabr 2026 - 14:19
İsraildə seçki dalanı – Netanyahu lazım olan 61 mandatı qazana bilmir israil
  • Dünya

İsraildə seçki dalanı – Netanyahu lazım olan 61 mandatı qazana bilmir

User 28 Oktyabr 2026 - 14:06
Sürətli yeriyən insanlar daha uzun yaşayır – ARAŞDIRMA geznti
  • Maraqlı

Sürətli yeriyən insanlar daha uzun yaşayır – ARAŞDIRMA

User 28 Oktyabr 2026 - 13:59
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib parle ermeni
  • Dünya

Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

User 28 Oktyabr 2026 - 13:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.