Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq niyyəti yoxdur, çünki üzvlükdən əldə etdiyi faydaları aydın şəkildə başa düşür.
Azpost.info-nun məlumatına görə, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Bildiyimiz kimi, Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyəti yoxdur. Onlar həm üstünlüklərin əhatə dairəsini, həm də digər AİB üzv dövlətləri ilə ticarət həcmini yaxşı bilirlər. Bu ticarət həcmi, əsasən, Ermənistan üçün mövcud olan güzəştli rejimlər sayəsində mümkün olub. Bunlara sıfır gömrük rüsumları, uyğunlaşdırılmış standartlar və uyğunlaşdırılmış texniki qaydalar daxildir. Bu gün bazarlarımız açıqdır və malların sərbəst hərəkəti mövcuddur. Buna görə də, ermənilər Avrasiya İqtisadi Birliyinə üzvlüyün verdiyi üstünlükləri yaxşı bilirlər və çıxmaq istəmirlər”, – deyə o, jurnalistlərə bildirib.