Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ermənistan həm Avrasiya İttifaqında, həm də Avropa İttifaqında ola bilməz –

User 14 Yanvar 2025 - 14:12 (Last updated: 21 May 2025 - 20:15)
lavrov

Rusiya ilə Ermənistan arasında rəsmi səviyyədə münasibətlər sadə deyil.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında rəsmi İrəvanın qərbyönümlü siyasət yürütməsinə, eləcə də Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayacağına münasibət bildirərkən deyib.

Lavrov Rusiya Baş naziri müavini Aleksey Overçukun Ermənistanın Avropa İttifaqı ilə üzvlük prosesi ilə bağlı müzakirələrə başlaması haqqında şərhini xatırladıb.

O, qeyd edib ki, Overçukun da vurğuladığı kimi, Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olması mümkün deyil: “Bu, iki fərqli sistemdir, iki fərqli azad ticarət zonasıdır”.

Qeyd edək ki, Overçuk Rusiyanın Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müzakirə prosesinə başlamasını, İrəvanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi qiymətləndirdiyini açıqlayıb.

Lavrov Avropa İttifaqına üzvlüklə bağlı müzakirənin başlanmasını Ermənistanın legitim rəhbərliyinin suveren qərarı adlandırıb.

Rusiya XİN başçısı Ermənistanın KTMT-dəki iştirakını dondurmasından da danışıb. Onun sözlərinə görə, Ermənistan KTMT-də iştirakını dondurmayıb, sadəcə bu təşkilatın tədbirlərdə sadəcə iştirak etmir.

Lavrov rəsmi İrəvanın bu addımını 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurma ilə əlaqələndirib. Vurğulayıb ki, İrəvan o zaman KTMT-nin müttəfiq kimi Ermənistana köməyə gəlmədiyini iddia edib.

Rusiya XİN başçısı Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya və demarkasiya olunmadığını, yəni Azərbaycanın Ermənistan ərazisinə hərbi müdaxiləsinin məlum olmadığını söyləyib.

Lavrov Ermənistanın KTMT missiyasından imtina etməsini xatırladıb. Bildirib ki, rəsmi İrəvan Avropa İttifaqının missiyasını dəvət edib: “Bizdə olan məlumata görə, həmin müşahidəçilər Ermənistanın deyil, özlərinin maraqları ilə məşğuldurlar”.

Rusiya xarici işlər naziri Ermənistanla dialoqun davam etdiyini əlavə edib. Qeyd edib ki Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfərə dəvət olunub. “O, dəvəti qəbul edib. Biz onun səfərini gözləyirik”, – Lavrov fikrini yekunlaşdırıb.

Post navigation

Previous: ABŞ “Türk axını”nı sıradan çıxarmaq istəyir –
Next: Hesablama Palatası ötən il nə qədər tender müqaviləsi bağlayıb? –

Oxşar xəbərlər

rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
orban
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.