“Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası” buraxılmalıdır”- Erməni spiker

Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası”nın buraxılması lazımdır, çünki artıq “ikinci tərəfin səlahiyyəti” yoxdur.

Alen Simonyan bu barədə parlamentin sessiyası zamanı “Hayastan” fraksiyasının katibi Artsvik Minasyanın “üç illik fasilədən sonra bu komissiyanın iclasını çağırmaq niyyətində olub-olmadığına” dair suala cavabında bildirib.

Bununla yanaşı, Ermənistan parlamentinin sədri bildirib ki, onun üçün artıq “Dağlıq Qarabağın vəzifəli şəxsləri”, o cümlədən “Dağlıq Qarabağın prezidenti” termini yoxdur və o, bir hüquqşünas kimi hesab edir ki, sözügedən formatın ləğvi məsələsini ciddi şəkildə müzakirə etmək lazımdır(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.