“Ermənistanda Qarabağ artıq dövlət siyasətindən çıxarılıb” –Rusiya politoloq

“Qarabağ Ermənistanın dövlət ideintikliyinin mərkəzi elementi olmaqdan çıxır. Erməni cəmiyyətində “Qarabağsızlaşma” prosesi gedir”.

Azpost.info bildirir ki bu sözləri NEWS.am-ın “Güc Faktoru” proqramında çıxış edən  MQİMO-nun Avroatlantik təhlükəsizlik üzrə İnstitutunun emi əməkdaşı Sergey Markedonov bildirib.

Onun sözlərinə görə, ermənilər bir-biriləri ilə bu məsələnin necə həll olunacağı ilə bağlı mübahisə edirlər: “Bu xətt davam edəcək”-deyə o bildirib.

“Üçüncü Qarabağ müharibəsinə Bakıda ictimai çağırışlar səbəb oldu. Bu Ermənistan-Azərbaycan sərhədində iyulda baş vermiş qarşıdurmadan sonra gücləndi. Hakimiyyətləri cəmiyyətin çağırışları yönəldir. Cəmiyyət isə bəzən məsələnin güc və hərbi yolla həllini tələb edir”-deyə politoloq əlavə edib.

“Hətta Laçın yolu böhranı həll olunsa belə Azərbaycanın bu strateji xətti dəyişməyəcək”-deyə Marekodonov əlavə edib.

Markedonov deyib ki, Rusiyanı nə qədər tənqid olunsa da Kreml münaqişənin hansısa menecmentini təklif edir.

Azpost.info

Əvvəlki məqalə

Minimum əmək pensiyası 280 manata qaldırılır

Sonrakı məqalə

Mühacir qadın “planetin ən yaşlı insanı” oldu