“Gallup” beynəlxalq tədqiqat mərkəzi Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı sorğu keçirib.
Azpost.info bildirir ki, iyulda keçirilən sorğuda iştirak edən respondentlərin 80,3%-i Ermənistan Konstitusiyasının dəyişdirilməsinin əleyhinə olub.
11,7%-i bəzi müddəaların dəyişdirilməsinə ehtiyac olduğunu, 3,3%-i ölkənin tamamilə yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.
Bu barədə iyulun 10-da jurnalistlərlə görüşdə “Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan bildirib.
O, bildirib ki, bundan əvvəl, süsusən, yanvar ayında respondentlərin yalnız 38,1%-i Ermənistan Konstitusiyasının dəyişdirilməsinin əleyhinə olub, “34,2%-i bəzi müddəaların dəyişdirilməsinin vacibliyinə inandığını, 13,4%-i Ermənistanın tamamilə yeni Konstitusiyaya ehtiyacı olduğuna inanıb”, – deyə Navasardyan əlavə edib.