Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Ərzağa çox pul xərclənirsə deməli həyat səviyyəsi aşağıdır” –

User 14 May 2025 - 18:31 (Last updated: 21 May 2025 - 20:40)
eli mesimli03
“Azərbaycanda əhalinin xərclərində ərzağın payı bütün xərclərin yarısını təşkil etməklə çox yüksək olmaqda davam edir. Əhalinin aztəminatlı təbəqəsinin xərclərinin isə əksər hissəsi ərzağa sərf olunur. Əhalinin xərclərində ərzağın payının yüksək olması həyat səviyyəsinin aşağı olmasını göstərən amillərdən biridir”.
AzPost bildirir ki, bu sözləri Milli Məclisin deputatı Əli Məsimli paylaşımında qeyd edib.
O, bildirib ki, rəsmi statistika məlumatlarına görə, 2024-cü ildə Azərbaycanda əhalinin pərakəndə ticarət şəbəkəsindən aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları,geyim və ayaqqabıların, 30,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Ötən il ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508,0 manatlıq, o cümlədən 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları alıb.
“Uzun illərdir ki, Azərbaycanda əhalinin xərclərində ərzağın payı bütün xərclərin yarısı ətrafında olmaqla, çox yüksək olmaqda davam edir. Əhalinin aztəminatlı təbəqəsinin xərclərinin isə əksər hissəsi ərzağa sərf olunur. İnkişaf etmiş ölkələrdə əhalinin xərclərində ərzağın payı 8-10 faiz, bəzi ölkələrdə bundan bir qədər yüksəkdir. Əhalinin xərclərində ərzağın payının yüksək olması həyat səviyyəsinin aşağı olmasını göstərən amillərdən biridir. Əhalinin xərclərində ərzağın payı nə qədər çox olarsa, əhalinin orta və uzunmüddətli alıcılıq qabiliyyəti, eləcə də yığım qabiliyyəti bir o qədər aşağı olur”- deyə deputat vurğulayıb.
Azərbaycanda 2021-ci ilin ilk aylarında 4 nəfərdən ibarət orta ölçülü ailənin ticarət xərcləri 1200 manat, o cümlədən ərzaq xərcləri 642 manat, qeyri-ərzaq xərcləri 566 manat idi. 2023-cü ilin əvvəllərinə bu cür orta ölçülü ailənin aylıq ticarət xərci 1622 manata, ərzaq xərci 912 manata, qeyri-ərzaq xərci 710 manata yüksəlib. 2025-ci ilin ilk aylarında isə 4 nəfərdən ibarət orta ölçülü ailənin ticarət xərcləri 1800 manat, ərzaq xərcləri 1010 manat, qeyri-ərzaq xərcləri 790 manat olub.
“Son illər ailələrin ticarət xərclərində 600 manat və ya 1,5 dəfə,o cümlədən ərzaqda 368 manat və ya 1,6 dəfə, qeyri-ərzaqda 224 manat və ya 1,4 dəfə artım baş verib. Xərclərin bu cür sürətlə artmasının əsas səbəbi əhalinin alıcılıq qabiliyyətin artması yox, həmin illərdə inflyasiyanın yüksək olması, ötən il bir qədər səngisə də,bu ildən yenidən aybaay sürətlənməsidirdır. İnflyaiyanın artması əlavə mal və məhsul almadan da əhalinin xərclərini artırlr, xüsusən də əhalinin aztəminatlı təbqəsinin güzəranına çox ciddi zərbə vurur”.
Deputatın fikrincə, yeni iş yerləri açılmalı, əhalinin gəlirlərinin artırılması istiqamətində real nəticəsi olan işlərin dairəsi genişləndirilməlidir.

AzPost.az

Post navigation

Previous: Bakıda vətəndaşı xəbəri olmadan işə götürdülər
Next: “MİDA”dan yarım milyonluq layihə

Oxşar xəbərlər

zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11

xƏBƏR

ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə...
Read more about İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.