Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Estoniya Baş nazirinin əri üzr istədi və istefa verdi

User 26 Avqust 2023 - 17:23 (Last updated: 21 May 2025 - 20:15)
indir

Estoniya Baş naziri Kaya Kallasın əri Arvo Xallik alovlanan siyasi qalmaqal fonunda Rusiyaya yük daşımaları ilə məşğul olan logistika şirkətindəki payını satmaq planlarını açıqlayıb.

Azpost.info xəbər verir ki, Estoniya mətbuatı Xallikin yazılı bəyanatına istinadən məlumat yayıb.

“Başa düşürəm ki, mənim biznes fəaliyyətim, Estoniyadan Rusiyaya müştərimiz  üçün daşıma edən “Stark Logistics” ilə işləməyim həyat yoldaşımın işinə təsir edəcək suallar doğurub. Mən digər səhmdarlarla razılaşdım ki, bütün səhmlərimi dərhal “Stark Logistics”ə satacağam. Həmçinin şirkətin idarə heyətindən istefa verəcək, maliyyə menecerinin əmək müqaviləsinə xitam verəcəyəm”, – Xallik bildirib.

İş adamı yaranmış vəziyyətə və həyat yoldaşına vurduğu ziyana görə üzr istəyib. O, Kaya Kallasın onun sahibkarlıq fəaliyyətindən xəbərinin olmadığını təsdiqləyib: “Biz bütün bunları medianın işıqlandırması fonunda müzakirə etdik və onun qiymətləndirməsi aydın oldu ki, heç bir hal bu daşımaların həyata keçirilməsinə haqq qazandırmır. Lakin daşınmanın dayandırılması mənim üçün artıq yetərli addım deyil. Bu şəraitdə “Stark Logistics”dəki payımdan və şirkətdəki işimdən tamamilə imtina etməyim daha yaxşıdır”.

Qeyd edək ki, Estoniyanın Baş naziri Kaya Kallas ərinin biznesi ilə bağlı məlumatların açıqlanmasından sonra istefa təhlükəsi ilə üzləşib. Məlum olub ki, ərinin ortaq sahibi olduğu nəqliyyat şirkəti Ukraynada müharibə başlayandan sonra Rusiyada fəaliyyətini davam etdirib.

Azpost.info

Post navigation

Previous: AZTV-nin 1993-cü ilin martında teatrla bağlı bayram verilişi –
Next: Ermənistan ordusunun növbəti təxribatının qarşısı alınıb

Oxşar xəbərlər

polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37

xƏBƏR

xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. “APA-Economics” Dövlət Statistika...
Read more about Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb
Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
Tramp 150-dən çox əfqanı deportasiya edir miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.