“Moskva daha bir rus diplomatının Estoniyadan çıxarılmasını cavabsız qoymayacaq”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.
Qeyd edək ki, Estoniya Rusiya diplomatik missiyasının üzvünü “persona non-qrata” elan edərək ona ölkəni tərk etməsi üçün martın 29-dək vaxt verib.
Estoniya Xarici İşlər Nazirliyi diplomatın ölkədən çıxarılması qərarını onun fəaliyyətində Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozması ilə izah edib.
Rusiyalı diplomat martın 29-dan gec olmayaraq Estoniyanı tərk etməlidir. O, təbliğat aparmaqla Estoniyanın təhlükəsizliyinə və konstitusiya quruluşuna zərbə vurmaqda ittiham edilib.
Azpost.info
