“Estoniya havada, quruda və dənizdə müdafiəni gücləndirəcək”- Müdafiə naziri

“Estoniya Rusiyanın Ukraynadakı hərəkətlərinə görə quruda, havada və dənizdə müdafiəsini gücləndirəcək”.

Azpost.info xəbər verir ki, TASS xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.

O bildirib ki, Baltikyanı ölkələr Rusiya tərəfdən gələn təhlükəyə cavab verə bilmək üçün əməkdaşlığı da gücləndirəcəklər: “Bütün Baltikyanı ölkələr, xüsusən də Estoniya öz imkanlarını gücləndirməyə diqqət yetirəcək. Sahil müdafiəsini, hava məkanından müdafiəni və dənizdə müdafiəni gücləndirəcəyik. Müdafiəmiz üçün yeni imkanlar, çoxlu yeni sistemlər əldə edəcəyik”.

Azpost.info

Əvvəlki məqalə

Darxan Kıdırali Qazaxıstanın informasiya naziri təyin olunub

Sonrakı məqalə

General-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbiri seçilib