Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ölkə vətəndaşlarını mümkün təxribatlara görə Rusiyaya səfərlərdən çəkinməyə çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya ərazisinə hər hansı səfərdən çəkinmək lazımdır. Əgər Rusiyada qısa bir səfərdəsinizsə, orada qalmağı ciddi düşünməyə dəvət edirəm. Rusiya Ukraynaya qarşı müharibə aparan ölkədir və Estoniya vətəndaşlarına qarşı təxribatların olması istisna edilmir”, – nazir bildirib.
Azpost.info
