Estoniyada Rusiyanın təxminən 20,8 milyon avro dəyərində aktivləri Avropa İttifaqının sanksiyaları çərçivəsində dondurulub.
Azpost.info xəbər verir ki, bu barədə Estoniyanın çirkli pulların yuyulması üzrə məlumat bürosu məlumat yayıb.
Məlumatda o da qeyd olunur ki, ölkədə rusiyalı milyarderlər Vyaçeslav Kantor, Andrey Melniçenko və Aleksey Mordaşovla əlaqəli şirkətlərin vəsaitləri, həmçinin Promsvyazbank və VTB Bankın da aktivləri dondurulub.
Azpost.info