Estoniyada koronavirusa yoluxanların sayı 1840 nəfərə çatıb

28 May 2020 - 08:55

Estoniyada koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 1840 nəfərə çatıb.

Bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilir ki, ölkədə indiyədək 79 min 605 nəfər müayinə olunub. Son sutka ərzində COVID-19 virusuna görə 1527 test aparılıb.

Ölkədə COVID-19-dan 66 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə rəsmi rəqəmlərə əsasən 1561 nəfər təşkil edib.