Estoniyada yaşayan Rusiya və Belarus pasportlarının sahibləri dekabrın 1-dən bu ölkədə silah sahibi olmaq hüququndan məhrum ediləcəklər.
Azpost.info xəbər verir ki, bu barədə Estoniyanın daxili işlər naziri Lauri Lyaenemets hökumətin brifinqində çıxışı zamanı bildirib.
“Silah sahibi olmaq hüququnu Estoniya, başqa bir Avropa İttifaqı ölkəsi və ya NATO üzvü olmayan dövlətin vətəndaşı olmayan bütün şəxslər itirəcək”, – nazir deyib.
Qərar dekabrın 1-dən qüvvəyə minəcək və 683 xarici ölkə vətəndaşına, həmçinin vətəndaşlığı olmayan 595 nəfərə (sovet dövründə Estoniyaya gəlmiş şəxslər və onların respublika vətəndaşlığı olmayan uşaqları-red:) şamil ediləcək.
Azpost.info
