Estoniyanın Baş naziri istefa verib

Estoniyanın Baş naziri Kaja Kallas yeni hökumətə rəhbərlik etmək üçün istefa verdiyini açıqlayıb.

Bu barədə aprelin 10-da Estoniya parlamentinin mətbuat xidməti məlumat yayıb.

“Kaya Kallas yeni parlamentin ilk iclasında çıxış edərək istefa verdiyini açıqlayıb. Onun rəhbərlik etdiyi hökumət də istefaya gedir”, – məlumatda deyilib.

Qeyd edək ki, martın 5-də Estoniyada keçirilən parlament seçkilərində Baş nazir Kaja Kallasın İslahatçılar Partiyası 31 faiz səslə qələbə qazanıb.

Əvvəlki məqalə

Səudiyyə Ərəbistanının nümayəndə heyəti Yəməndə husilərlə görüşdü –

Sonrakı məqalə

Azərbaycan prezidenti Astana Beynəlxalq Maliyyə Mərkəzində olub