“Bu bayramdır, kimlərsə bu bayramı pzomaq istədi”.
Azpost.info bildirir ki, bu sözləri Belarus Prezidenti Lukaşenko dünən keçirilimiş seçkinin nəticələrinə etirazları şərh edərkən bildirib.
Lukaşenko deyib ki, aksiyanı xaricdən idarə edən zəngləri qeydə alıblar: “Polşadan, Britaniyadan, Çexiyadan zənglər olub. Üzr istəyirəm, onlar bizim qoyunları idarə edirdirlər: Onlar nə etdiklərini başa düşmürlər, onları idarə etməyə başlayırlar”.
Onun sözlərinə görə, aksiya iştirakçıları iki yaşayış məntəqəsində hucumla dövlət orqanlarını ələ keçirmək istəyiblər. Lukaşenko bildirib ki, Maydana imkan verməyəcək. “Ölkəni dağıtmaq istəyənlərə adekvat cavab veriləcək”.
Belarus DİN-dən verilən məlumata görə, 9 avqustdakı etiraz aksiyalarında 39 əməkdaş və 50 mülki şəxs xəsarət alıb. 3 min nəfər saxlanılıb.