Özbəkistan prezidenti Şavkat Mirziyoyev Nukusda keçirilən mitinqlərdə dinc əhali və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itkilərin olduğunu bildirib.
Azpost.info “Gazeta.ru”-ya istinadən bildirir ki, prezident bu barədə brifinqdə məlumat verib.
“Təəssüf ki, mülki şəxslər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itkilər var”, – deyə dövlət başçısı bəyan edib.
Onun sözlərinə görə, etirazçıların bir neçə qrupu silahlara sahib olmaq üçün şəhər daxili işlər idarəsinin və Nukusdakı milli qvardiya bölməsinin binalarını ələ keçirməyə cəhd ediblər.
