Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Etirazları dəstəkləyən məşhur İran aktrisası həbsdən azad edildi –

User 04 Yanvar 2023 - 23:46 (Last updated: 21 May 2025 - 20:15)
iranli aktrisa

İran hökumət əleyhinə nümayişlərin zorakılıqla yatırılmasını tənqid etdiyinə görə həbs olunan Oskar mükafatına layıq görülmüş filmin tanınmış aktrisasını təxminən üç həftədən sonra, çərşənbə günü azad edib.

İranın İSNA xəbər agentliyi rejissor Əsgər Fərhadinin Oskar mükafat almış “Satıcı” filminin 38 yaşlı ulduzu Tərane Əlidostinin zaminə buraxıldığını bildirib. Onun anası Nadere Hakimelahi daha əvvəl Instagram səhifəsində qızının azad ediləcəyini bildirmişdi.

Çərşənbə günü Tehrandakı bədnam Evin həbsxanasından azad edildikdən sonra Əlidosti əlində gül dəstələri dostları ilə şəkil çəkdirib. Onun işi ilə bağlı əlavə məlumat verilməyib.

Əlidosti ümummilli etirazlara dəstək ifadə edən və hakimiyyətin müxalifətə qarşı zorakılıq siyasətini tənqid edən iranlı məşhurlardan biridir. Hesabı ləğv edilməzdən əvvəl o, Instagram səhifəsində etirazları dəstəkləyən azı üç mesaj yazmışdı.

Mesajının birində o polis nəzarətində olan bir qadının ölümü ilə başlayan və İranın hakim din xadimlərinin devrilməsinə çağıran geniş etirazlarla əlaqəli edam edilən ilk şəxslə həmrəylik ifadə edib.

Etirazlar 1979-cu il inqilabından sonra qurulan İslam Respublikasının üzləşdiyi ən böyük problemlərdən biri olub. İnsan haqları qrupları təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün həqiqi güllə, gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etdiyini bildirib.

Mohsen Şəkəri dekabrın 9-da, İran məhkəməsi tərəfindən Tehranda küçəni bağlamaqda və ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşına soyuq silahla hücum etməkdə ittiham olunduqdan sonra edam edilib. Bir həftə sonra İran ikinci məhbus Məcidreza Rəhnavərdini ictimaiyyət qarşısında asaraq edam edib. O, repressiyalara rəhbərlik edən yarı-hərbi “Bəsic” qrupunun iki üzvünü bıçaqlamaqda ittiham olunub.

Əlidosti həbs olunmazdan əvvəl təxminən 8 milyon izləyicisi olan hesabında “Onun adı Mohsen Şəkəri idi. Bu qan tökülməsini izləyən və tədbir görməyən hər bir beynəlxalq təşkilat insanlıq üçün rüsvayçılıqdır” yazmışdı.

Digər iki məşhur – iranlı aktrisa Hengamə Qaziani və Kətayun Riahi sosial mediada etirazçılarla həmrəy olduqlarını bildirdikləri üçün noyabr ayında həbs edilib. İranlı futbol ulduzu Voria Qafuri də həmin ay “milli futbol komandasını təhqir etmək və hökumət əleyhinə təbliğat aparmaq” ittihamı ilə həbs edilib. Onların hər üçü sərbəst buraxılıb.

İranda iğtişaşları yaxından izləyən İnsan Haqları Fəalları-nın məlumatına görə, etirazlar zamanı azı 516 etirazçı öldürülüb, 19 mindən çox insan həbs edilib. İran hakimiyyəti öldürülən və ya həbs edilənlərin sayı barədə rəsmi məlumat verməyib.

Post navigation

Previous: ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb
Next: Polis Balakəndə əməliyyat keçirdi, 8 narkotacir tutuldu-

Oxşar xəbərlər

kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48

xƏBƏR

kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanın həbs müddəti daha 2 ay uzadılıb. Bu barədə vəkil...
Read more about Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı
2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 23 Oktyabr 2026 - 10:06
Borca görə axtarışda olan 88 nəfər saxlanılıb DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.