“EuroHome”da baş verən yanğınla bağlı cinayət işi başlanılıb

“EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı cinayət işi başlanılıb.

Azpost.info bildirir ki, bu barədə “Report”a FHN-nin mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib.

Onun sözlərinə görə, nazirliyin Əməliyyat-İstintaq İdarəsi tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb və Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, FHN-in rəsmi məlumatına əsasən, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.

Hadisə ilə bağlı bir neçə nəfər xəstəxanaya yerləşdiririlib.

İlkin hesablamaya əsasən, təxminən, 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.

İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb.

Hazırda araşdırma işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“YAP-ın siyahısında yeni və əvvəlki tərkibində olan simaları görəcəksiniz” –

Sonrakı məqalə

Mərhum prezidentin nəvəsi Konqresə namizədliyini irəli sürür