“YAP-ın siyahısında yeni və əvvəlki tərkibində olan simaları görəcəksiniz” –Əli Əhmədov

“Qanunvericiliyə uyğun olaraq, bu gündən növbədənkənar parlament seçkilərinə start verilir”.

Azpost.info APA-ya istinadən bildirir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki,  YAP vaxtı çatanda öz siyahısını elan edəcək: “Bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçiriləcək. Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Zamanı çatanda siyahı açıqlanacaq. Bu, elə vaxt olacaq ki, gec olmayacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah Bakının mərkəzində yollar bağlanacaq –

Sonrakı məqalə

“EuroHome”da baş verən yanğınla bağlı cinayət işi başlanılıb