Ev konservlərindən zəhərlənməyə qarşı maarifləndirici təlimlər keçirilib –FOTOLAR

Azad İstehlakçılar İctimayi Birliyi (AİİB) uzun illərdir ki, ölkədə qida zəhərlənmələrinin səbəblərini araşdırır və Azərbaycan istehlakçılarının qidadan zəhərlənmə ststistikasında ev şəraitində hazırlanan konservləşdirilmiş meyvə-tərəvəz məhsullarından zəhərlənmə hallarının daha çox olduğunu müşahidə edib.

Bu barədə layihənin rəhbəri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, AİİB- daim iş apararaq istehlakçıları ev şəraitində meyvə-tərəvəz konservləri hazırlamaqdan çəkindirməyə və bu kimi malların bazarlarda satışını məhdudlaşdırmağa çalışsa da, ailələrin uzun illərdir ki, məişətinə daxil olmuş bu “ənənəni”  ildən ilə az da olsa azaltmağa nail olsa da yox etməyə nail ola bilməyib: “Bir çox hallarda meyvə-tərəvəz konservləri təkcə ailənin tələbatı üçün deyil, eləcə də satış məqsədilə istehsal olunduğu, hətta bu kimi malları satan dükanların da mövcudluğu reallığa çevrilmişdir. Ailə ənənələrinə çevrilmiş bu vəziyyətin məhdudlaşdırılması ilə yanaşı, AİİB, meyvə-tərəvəz konservləşdirilməsinin istehsalının təhlükəsız icra olunmasına kömək etmək məqsədilə qrant proqramlarına layihə vermək qərarına gəlmiş və hazırda  Aİ İB Azərbaycan Respublikasının QHT-na Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhlükəsiz qida məhsullarının ev şəraitində hazırlanmaql bazara çıxışının təşviqi” layihəsinin icrasını uğurla davam edir. Hədəf ərazi olaraq seçilmiş Ağcabədi şəhərində 02-03 iyul tarixlərdə 11 nəfərdən (o cümlədən 10 nəfər qadın və 1 nəfər kişi) ibarət hədəf qrupa “Təhlükəsiz qida məhsullarının bazara çıxışının asanlaşdırılması-marketinq” (təlimçi Xəlil Süleymanov) və “Təhlükəsiz tərəvəz qida məhsulları istehsalının əsasları” (təlimçi Yaşar İsgəndərov) mövzularında təlim keçirilib. İştirakçılar mövzunun aktuallığını qeyd etmiş və mövzulara dair onları maraqlandıran suallarla təlimçilərə müraciət etmişlər. İştirakçılara mövzulara dair buklet paylanılmışdır. Təlimçilər iştirakçıların suallarının ətraflı izah etməklə cavablandırıblar. Çay fasiləsindən sonra hər bir təlimdə müzakirələr davam etdiriliib. Təlim yekunda iştirakçılar tərəfindən qiymətləndirilib.

Təlim iştirakçılarına müvafiq olaraq sertfikat təqdim edilib. İştirakçılar Azərbaycan Respublikasının QHT-na Dövlət Dəstəyi Agentliyinə və Aİ İB-nə təşəkkürlərini bildirməklə yanaşı anoloji təlimlərin daha geniş ərazilərdə davamlı keçirilməsinin zəruri olduğunu vurğulayıblar.

Əvvəlki məqalə

ARB, ATV və “ARB Günəş”in yayımı 3 saatlıq dayandırılacaq

Sonrakı məqalə

ABŞ-da NATO-nun Zirvə görüşü başlayır