Eva Kayli Panamadakı hesablara milyonlar köçürüb?- Yunanıstan "vergi cənnəti"nə sorğu göndərdi

Yunanıstan hökuməti Panamadan Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kayli ilə əlaqəli hesablara Qətərdən mümkün pul köçürmələri ilə bağlı məlumat istəyib.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazıb.

Nəşrin məlumatına görə, Yunanıstanın çirkli pulların yuyulması ilə mübarizə agentliyinin rəhbəri Xaralampos Vurliotis qeyri-şəffaf maliyyə sistemi ilə “vergi cənnəti” kimi tanınan Panama hakimiyyətinə təcili sorğu göndərib. O, 20 milyon avroluq vəsaitin Qətərdən Kayli və ya başqasının açdığı hesablara köçürülüb-köçürülmədiyini aydınlaşdırmaq istəyir.

Bu, sosial şəbəkələrdə Eva Kaylinin atası Aleksandros Kailisin və anası Mariya İqnatiadanın Panama bankı “Bladex”də hesablarının olduğunu və bu hesablara milyonların transfer edildiyini təsdiqləyən bank sənədlərinin İspaniya və Yunanıstan mediasında dərcindən sonra gündəmə gəlib.

Kaylinin vəkili onun təqsirsizliyində israr edir. Onun sözlərinə görə, internetdə dərc olunan sənədlər saxtadır və o, artıq Qətərdən Kayliyə mifik pul köçürmələri üzrə sənədlərin saxtalaşdırılması faktını müəyyən etmək üçün Panama ilə əlaqə saxlamaları xahişi ilə Yunanıstan hakimiyyətinə müraciət edib.

Azpost.info

Əvvəlki məqalə

Makron Paşinyana “KTMT-dən çıxma!” xəbərdarlığını edib –

Sonrakı məqalə

Azərbaycan diplomatları üçün yeni müavinətlər və kompensasiya müəyyənləşir