Eyni mənzilləri 63 nəfərə satmış MMC rəhbərlərinin məhkəməsi başlanır

18 Mart 2021 - 09:45

Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən Maksim Zeynalov, Tamara Novruzova, Elnur Məmmədov, Aqil Qədirov, Fariz Nuruyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər “Meqa-Siti Holdinq” MMC-nin vəzifəli şəxsləridir. Onlar eyni mənzili fərqli adamlara satmaqda və rüşvət verməkdə təqsirləndirilirlər. Cinayət işi üzrə 63 nəfər, eləcə də “Viena” MMC və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də zərərçəkmiş şəxs qismində tanınıb.