Eyni mənzilləri 63 nəfərə satmış MMC rəhbərlərinin məhkəməsi başlanır

Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən Maksim Zeynalov, Tamara Novruzova, Elnur Məmmədov, Aqil Qədirov, Fariz Nuruyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər “Meqa-Siti Holdinq” MMC-nin vəzifəli şəxsləridir. Onlar eyni mənzili fərqli adamlara satmaqda və rüşvət verməkdə təqsirləndirilirlər. Cinayət işi üzrə 63 nəfər, eləcə də “Viena” MMC və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də zərərçəkmiş şəxs qismində tanınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağ Ev ABŞ-ın Rusiyaya qarşı yeni məhdudiyyətlərin elan edəcəyini bəyan edib

Sonrakı məqalə

Paytaxtın əksər küçə və prospektlərində sıxlıq müşahidə olunur –