Fəaliyyətinə icazə verilən xidmət sahələrində işləyən şəxslərlə bağlı məlumatlar…- “icaze.e-gov.az” portalına daxil edilməlidir

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonlarında fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, fəaliyyətinə icazə verilən qurumlar, eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

TƏBİB:

Sonrakı məqalə

Azərbaycanda qadınlar arasında COVID-19-a yoluxma 54 faiz, kişilər arasında 46 faizdir