“Fənərbaxça” Yoahim Lövü baş məşqçi gətirmək istəyir

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv bir sıra klubların maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, yayda yığmadan ayrılacaq alman mütəxəssis karyerasını Türkiyədə davam etdirə bilər.

Onun xidmətində “Fənərbaxça” maraqlıdır. İstanbul təmsilçisi 1998-99-cu illərdəki çalışdırıcısını qaytarmaq fikrinə düşüb.

Qeyd edək ki, 2006-cı ildən Almaniya millisini çalışdıran Lövün müqaviləsi 2022-ci ilədək nəzərdə tutulsa da, tərəflər anlaşmaya bir il əvvəl xitam vermək barədə razılaşıb. Bundestim onun rəhbərliyi altında 2014-cü ildə dünya çempionu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Astronomlar ilk dəfə olaraq qara dəliyin ətrafındakı maqnit sahəsini ölçüblər

Sonrakı məqalə

“Yol əhvalatı” bədii filmi özbək dilinə dublyaj olunub –