“Facebook” Donald Trampla müsahibənin videosunu silib

01 Aprel 2021 - 09:30

“Facebook” şirkəti ABŞ-ın keçmiş prezidenti Donald Trampla bağlı blokladığı müsahibənin videosunu bu dəfə tamamilə hesabdan silib.

“CNBC” telekanalı xəbər verir ki, bunu şirkət təmsilçilərindən biri söyləyib.

Xatırladaq ki, söhbət “The Right View” onlayn şousunda sabiq prezidentdən Lara Trampın götürdüyü müsahibədən gedir.