“Facebook” rusiyalı ekspertin hesabını Şuşaya görə bloklayıb

YENİLƏNİB
19 Noyabr 2021 - 11:49

“Facebook” sosial şəbəkəsi tanınmış hərbi ekspert, Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenkonun Şuşa ilə bağlı yazdığı statusa görə tətbiq etdiyi bloku aradan qaldırıb.

Bu barədə Korotçenko özü “Facebook” səhifəsində paylaşım edib.

“KİV-in reaksiyası sayəsində “Facebook” bloku aradan qaldırıb”, – deyə rusiyalı ekspert bildirib.

***

 

**

“Facebook” sosial şəbəkəsi rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenkonun hesabını Şuşa ilə bağlı yazdığı statusa görə bloklayıb.

Bu barədə Korotçenko özü “Telegram” kanalında məlumat yayıb.

O, “Niyə ermənilər 30 ilə yaxın bir müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi dağıdıb, heç nə tikməyiblər?” sualına görə “Facebook” mənə üç gün qadağa qoyub”, deyə bildirib.

Qeyd edək ki, ötən həftə Şuşada səfərdə olan İqor Korotçenko “Facebook” səhifəsində ermənilərə “Niyə ermənilər 30 ilə yaxın bir müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi dağıdıb, heç nə tikməyiblər? Heç nə. Hətta Şuşada…Doğrudan niyə? Cavab verin” sualını ünvanlayıb.