Facebook Trampa qoyduğu qadağanı iki il də uzadıb

05 İyun 2021 - 09:08

Facebook bildirib ki, keçmiş prezident Donald Trampa bu platformadan istifadə üçün qoyulmuş qadağanı daha iki il uzatmaq qərarına gəlib.

Facebook-un qlobal işlər üzrə vitse-prezidenti Nik Kleqin iyunun 4-də verdiyi bəyanatda deyilir: “Biz cənab Trampın istifadəsinə qoyulmuş qadağana səbəb olan şəraitin təsir gücünü nəzərə alaraq inanırıq ki, onun hərəkətləri qaydalarımızı kobudcasına pozub və yeni protokollarımıza uyğun olaraq ən ağır cəzaya layiqdir. Biz onun hesablarına qadağanı ilkin qadağan günündən, yəni bu il yanvarın 7-dən sayılmaqla daha iki il uzadırıq”.

Twitter və YouTube da daxil bir sıra başqa sosial media platformaları kimi Facebook da ABŞ Konqresinə 6 yanvar basqınını onun qızışdırdığına dair iddialarla bağlı Trampın hesablarını bağlayıb.

Facebook-un yazdığı bloqpostda deyilir ki, Trampa qoyulmuş qadağanın müddəti bitdikdən sonra da, keçmiş prezident qaydaları pozmaqda davam edərsə, ona təkrar qadağan qoyulacaq.