Faktiki hava şəraiti açıqlanıb

08 Mart 2021 - 22:50

Milli Hidrometeorologiya Xidməti martın 8-i saat 21:00-a olan faktiki hava şəraitini açıqlayıb.

Xidmətdən verilən xəbərə görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl, Ağdam, Ağstafa, Tovuz, Zaqatala, Şəki, Quba, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağda qar, Nabran, Biləsuvar, Neftçala, Hacıqabul, Cəfərxan, Sabirabad, Kürdəmir, İmişli, Beyləqan, Yevlax, Göyçay, Mingəçevir, Ağsu, Şəmkir, Naxçıvan, Naftalanda yağış yağıb.