Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Fariz Rzayev: Azərbaycan 2 mindən çox erməni hərbçinin qalıqlarını Ermənistana təhvil verib

User 07 Oktyabr 2026 - 12:05 (Last updated: 07 Oktyabr 2026 - 12:05)

“Azərbaycan 2 mindən çox erməni hərbçinin qalıqlarını Ermənistana təhvil verib“.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.

O bildirib ki, Azərbaycan 2020-ci ilin noyabrından etibarən təhlükəsizlik çətinliklərinə və mina təhlükəsinə baxmayaraq axtarışlar həyata keçirib.

“Bunun nəticəsində 2 mindən çox erməni hərbçinin qalıqları Ermənistan tərəfinə təhvil verilib. Bu bizim məsuliyyətli humanitar yanaşmaya və münaqişə zamanı həlak olan bütün şəxslərə ləyaqətlə yanaşmağa sadiqliyimizi göstərir”, – deyə Fariz Rzayev bildirib.

Nazir müavini qeyd edib ki, Birinci və İkinci Qarabağ müharibələrindən sonra 4 mindən çox Azərbaycan vətəndaşı itkin düşüb.

“Minlərlə ailə üçün bu qeyri-müəyyənlik illərlə, hətta onilliklərlə davam edib. Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra insan qalıqlarının aşkar edildiyi bir sıra dəfn yerləri müəyyənləşdirilib. Qalıqlar tədqiq edilib, şəxslərin kimliyi müəyyənləşdirilib və onlar ləyaqətlə dəfn olunublar. Bu nəticələr həmin ailələr üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Bununla belə, itkinlərin böyük əksəriyyətinin taleyi hələ də məlum deyil”, – deyə o vurğulayıb.

Fariz Rzayev bildirib ki, mina və partlamamış hərbi sursatlar sahə işlərini təhlükəli etməkdə davam edir.

Onun sözlərinə görə, beynəlxalq humanitar hüquq itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində səylər üçün hüquqi əsas yaradır: “Silahlı münaqişə tərəfləri itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün mümkün olan tədbirləri görməli, müvafiq məlumatları təqdim etməli və paylaşmalı, həlak olanların axtarışını aparmalı, insan qalıqlarına hörmətlə yanaşmalıdırlar. Ailələrin yaxınlarının taleyini bilmək hüququ xoşməramlılıq əsasında göstərilən könüllü bir jest deyil. Araşdırma aparmaq və cavab vermək öhdəliyi hərbi əməliyyatlar başa çatdıqdan uzun müddət sonra da qüvvədə qalır”.

AzPost.az

Post navigation

Previous: Bitki mənşəli qidalar təzyiqi və çəkini azalda bilər
Next: Sonrakı yazı

Oxşar xəbərlər

ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37

xƏBƏR

pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
İran Ermənistana təbii qaz ixracını artırmaq imkanlarını nəzərdən keçirir. Tehran İrəvanı enerji sahəsində əməkdaşlıq üçün ən əlverişli...
Read more about İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.