“Fasiləsiz təzyiq altında idik..” –“Bazel”in qapıçısı

“Gözlənildiyi kimi, çətin oyun keçdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Bazel”in qapıçısı Haynz Linder Kofrans Liqasının I turunda “Qarabağ”la keçirilən oyun haqda danışarkən deyib.

Bakı Olimpiya Stadionunda baş tutan və 0:0 hesabı ilə yekunlaşan qarşılaşma ilə bağlı İsveçrə mətbuatına açıqlama verən 31 yaşlı avstriyalı qolkiper ağır oyun keçirdiklərini etiraf edib: “İkinci hissə boyu fasiləsiz təzyiq altında olduğumuzu hiss etdik. Bizim üçün çox ağır mübarizə keçdi. Bu səbəbdən nəticə bizi qane edir”.

Qeyd edək ki, növbəti turda sentyabrın 30-da “Bazel” “Kayrat”ı qəbul edəcək, “Qarabağ” isə “Omoniya”nın qonağı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Rusiya Dumasına seçkilər başlayıb