“Faşist cəlladlarını ucaldır, qəhrəmanlıq tariximizi məhv edirlər”- MEDVEDEV

“Rusiyaya dost olmayan ölkələr nasizmə qarşı mübarizənin və Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini məhv etməyə çalışırlar”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, Böyük Vətən Müharibəsinin əsas döyüşlərinin tarixləri bütün dünyaya xatırlatmaq üçün fürsətdir ki, heç kim tarixi həqiqəti məhv edə bilməz.

“Bildiyiniz kimi, bu gün dost olmayan dövlətlərdə nasist qoşunlarını məğlub edən qəhrəmanların xatirəsini mümkün qədər məhv etməyə, abidələri dağıtmağa, faşist cəlladlarını və onların əlaltılarını hər yerdə, hər cür tərənnüm etməyə çalışırlar. Bəzi ölkələrdə bu, birbaşa həyata keçirilir. Bəziləri isə heç nə baş vermirmiş kimi, sadəcə olaraq, gözlərini yumurlar…”, – Medvedev bildirib.

Azpost.info

Əvvəlki məqalə

90-larda populyar olan”Mehriban düşmən” serialının “Viktoriya”sı –

Sonrakı məqalə

İndiyədək 190-a yaxın jurnalistin adı Media Reyestrinə daxil edilib