Almaniyada məhkəmə İkinci Dünya müharibəsi illərində “Zaksenhauzen” həbs düşərgəsində mühafizəçi olmuş 101 yaşlı Jozef Şutza 5 il həbs cəzası verib.
Azpost.info xəbər verir ki, bu barədə “Die Zeit” məlumat yayıb.
Məlumata görə, məhkəmə onu 1942-1945-ci illər arasında əsir düşərgəsindəki 3518 nəfərin qətlinə şərik olmaqda təqsirli bilib.
Beləliklə, Şutz İkinci Dünya müharibəsi zamanı nasistlərin törətdiyi cinayətlərə görə mühakimə olunan və təqsirli bilinən ən yaşlı şəxs oldu. Vəkili Ştefan Vaterkamp bildirib ki, müdafiə etdiyi şəxs hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.
Məhkumun yaşını və səhhətini nəzərə alaraq həbsxanaya göndərilmək ehtimalının az olduğu deyilir.
Azpost.info

