Fənərbağça doğma meydanda minimal hesabla qalib gəldi

Fənərbağça
Fənərbağça

Türkiyə Super Liqasının XXI turunun oyunları davam edir. AzPost xəbər verir ki, “Fənərbağça” “Göztepe”ni qəbul edib.

Meydan sahibləri ilk hissəni məğlub başa vursalar da, 2-ci hissəni öz lehinə çevirməyi bacarıb.

Görüş “Fənərbağça”nın 3:2 hesablı qələbəsi ilə nəticələnib.

Xatırladaq ki, UEFA Avropa Liqasının əsas mərhələsində VII turun daha 8 oyunu keçirilib.

AzPost bildirir ki, “Fənərbağça” Türkiyədə Fransanın “Lion” klubunu sınağa çəkib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 14-ə çatdıran qonaqlar 3-cü pilləyə yüksəliblər. Meydan sahibləri isə 9 xalla 19-cu sırada yer alıblar.

Gecənin digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:

UEFA Avropa Liqası

Liqa mərhələsi, VII tur

23 yanvar

21:45. “Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa) – 0:0

21:45. “Qarabağ” (Azərbaycan) – FKSB (Rumıniya) – 2:3

21:45. “Malmö” (İsveç) – “Tvente” (Niderland) – 2:3

21:45. “Budyo Qlimt” (Norveç) – “Makkabi” (Təl-Əviv, İsrail) – 3:1

21:45. “Portu” (Portuqaliya) – “Olimpiakos” (Yunanıstan) – 0:1

21:45. “AZ Alkmaar” (Niderland) – “Roma” (İtaliya) – 1:0

21:45. “Viktoriya” (Çexiya) – “Anderlext” (Belçika) – 2:0

21:45. “Hoffenhaym” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 2:3

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.