“Fermerlərə verilən subsidiya uğrunda yarış gedir”-Rüfət Quliyev

“Azərbaycanda son illər dövlətin fermerlərə verdiyi subsidiya uğrunda yarış gedir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.

“Azərbaycanda 30 növ məhsulun maya dəyərinin bir hissəsini subsidiya formasında dövlət qarşılayır. Amma fermerlərin bir qisminə subsidiya verilir, bir qisminə isə verilmir. Misal üçün, Xızı rayonunda bəzi fermerlərə deyirlər get filan sənədi gətir və yaxud sən əkmə, əvəzində sənə 50 manat pul verək. Mən “Tarixi-Nadir”i yarıya qədər oxumuşam, amma belə ortaqlıq görməmişəm. Bu problem bir sıra rayonlarda var”, – deyə o, qeyd edib.

Əvvəlki məqalə

“ABŞ qoşunları Şərqi Avropada hələ uzun müddət qalacaq”

Sonrakı məqalə

Son 5 ildə Azərbaycanın cari xərcləri 11 milyard manat artıb