Fevral ayında uşaqlara ən çox qoyulan adlar açıqlanıb

2021-ci ilin fevral ayında körpələrə ən çox qoyulan adlar açıqlanıb.

Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, doğumu qeydə alınmış kişi cinsindən olan körpələrə Əli, Hüseyn, Yusif, Orxan və Elvin, qadın cinsindən olanlara isə Günel, Zəhra, Günay, Aysel və Sevinc kimi adların verilməsi üstünlük təşkil edib.

Eyni zamanda bildiririk ki, Azərbaycan adlarının mənşəyi, onların izahlı şərhi, habelə statistik göstəricilər barədə məlumatlar “Elektron Hökümət” portalı (www.e-gov.az) və Ədliyyə Nazirliyinin internet səhifəsinin “Dövlət xidmətləri” bölməsindən “Azərbaycan adları barədə məlumatın verilməsi” elektron xidmət vasitəsi ilə əldə oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərazilərin minalardan təmizlənməsi üçün BMT Azərbaycana 1 milyon dollar ayırıb

Sonrakı məqalə

Türkiyədə Montrö sazişi ilə bağlı bəyanatı imzalayan 14 admiral saxlanılıb