Fevralın 17-də Lavrov Ermənistanın XİN başçısı ilə görüşəcək

15 Fevral 2021 - 17:43

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 17-də Ermənistanın XİN başçısı Ara Ayvazyanla görüşəcək.

Azpost.info bildirir ki, bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb.

Fevralın 17-da A.Ayvazyan Moskvaya işgüzar səfər edəcək.  Tərəflər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

Xüsusi diqqət Rusiya, Azərbaycan və Ermənistanın liderlərinin imzaladığı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il Bəyanatlarına ayrılacaq. Bu sənədlərdən irəli gələn infrastrukturun bərpası, kommunikasiyaların açılması məsələləri nəzərdən keçiriləcək.