“Feyk xəbərlərə qarşı birgə fəaliyyət vacib məsələdir” –Hikmət Hacıyev

“Müasir dövrün ən problemli məsələlərindən biri də sosial şəbəkələrdə feyk xəbərlərin tirajlanmasıdır. Düşünürəm ki, Türk Şurası çərçivəsində bu sahədə də birgə fəaliyyət vacib məsələdir”.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 10-da Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında deyib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında bütün maddi-mədəniyyət abidələrini dağıdıb. Bu həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılması vacibdir. Bu baxımdan Türk Şurasına üzv ölkələrin birgə fəaliyyəti xüsusi önəm daşıyır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir