“Sədərək” ticarət mərkəzində yanğın söndürülüb-VİDEO /YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğının söndürülməsi əməliyyatına başlanılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 10-dan artıq texnikası və çoxsaylı canlı qüvvəsi cəlb olunub.

 

**

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 20-ə yaxın texnikası və çoxsaylı canlı qüvvəsi cəlb olunub.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

**

“Sədərək” ticarət mərkəzində yanğın söndürülüb.

APA-nın xəbərinə görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə bildirib ki, yanğın söndürülüb, hazırda soyutma işləri aparılır.

Əvvəlki məqalə

“Sədərək” ticarət mərkəzində yanğın başlayıb – VİDEO

Sonrakı məqalə

Kissincer Ukraynada müharibənin bitməsi üçün yolu açıqladı