FHN-nin amfibiya təyyarəsinin ekipaj üzvü: “İndiyədək 12 uçuş həyata keçirmişik”

“Yanğın ocaqlarının söndürülməsində canla-başla iştirak edirik. Bu, bizim borcumuzdur – Türkiyə xalqına, dövlətinə qardaşlıq borcumuz. Necə ki, Türkiyə bizə yardımlarını əsirgəməyib”.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” tipli amfibiya təyyarəsisinin bort mühəndisi, təlimatçı Cavid Qəhrəmanov deyib.

Onun sözlərinə görə, ərazi çox çətin reylefə malikdir: “Ərazi olaraq Türkiyənin Muğla şəhərində yanğınların söndürülməsi prosesində iştirak edirik. Ərazidə yanğınlar çoxdur. Tüstüyə görə aviasiyanın işləmək imkanları məhduddur. Hava həddindən artıq istidir. Tüstülər aviasiyanın işləməsinə imkan vermir, manelər yaranır. Buna baxmayaraq, biz gün ərzində indiyədək 12 uçuş həyata keçirmişik. Bir azdan yenə uçuşlarımız olacaq”.

C. Qəhrəmanov bildirib ki, məqsəd Azərbaycan xalqını, dövlətini, Prezidentini burada layiqincə təmsil etməkdir: “Yanğınla mübarizədə sona qədər vuruşacağıq. İstərdik ki, tez bir zamanda yanğın terroru başa çatsın. Ümid edirəm ki, yaxın zamanlarda yanğınların qarşısı alınacaq. Yenə qeyd etmək istəyirəm ki, yanğınların qarşısını almaqda bizə mane olan bir neçə amil var. Bunlardan biri hava şəraitidir. Dağlarda görünmənin sıfır səviyyədə olması bizə çətinliklər yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Məhkəmə Vüqar Səfərlini ev dustaqlığına buraxmaqdan imtina edib

Sonrakı məqalə

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb