FHN Şuşada oteldə yenidənqurma işi aparan əməkdaşlara təlim keçib –FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi ötən gün Şuşa şəhərində yerləşən otel binasında yenidənqurma işləri aparan müəssisənin əməkdaşları ilə yanğın təhlükəsziliyinə dair maarifləndirmə tədbiri keçirib.

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, tədbirdə yanğın təhlükəsizliyi qaydaları, o cümlədən tikinti-quraşdırma, xüsusilə qaynaq və metalkəsmə işləri görülən zaman zəruri olan müvafiq təhlükəsizlik tədbirləri barədə məlumat verilib, suallar cavablandırılıb. Həmçinin, iştirakçılara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının daim diqqətdə saxlanılmasının vacibliyi məsul şəxslərin nəzərinə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə naziri Zakir Həsənov Türkiyə səfiri ilə görüşüb

Sonrakı məqalə

Azərbaycan və Türkiyə ordularının birgə hərbi təlimləri başa çatıb –