FİFA “ən yaxşı futbolçu” adına namizədlərin siyahısını açıqlayıb

08 Yanvar 2022 - 10:09

FIFA 2021-ci ilin ən yaxşı kişi və qadın futbolçuları adına namizədlərin qısa siyahısını açıqlayıb.

Kişilər arasında bu ada Fransanın PSJ klubundan Lionel Messi, Almaniyanın “Bavariya” komandasından Robert Levandovski və İngiltərə “Liverpul”undan Məhəmməd Salah iddia edirlər.

2021-ci ilin ən yaxşı qadın futbolçusu adına namizədlər arasında Cennifer Ermoso (İspaniya / “Barselona”), Samanta Kerr (Avstraliya / “Çelsi”) və Aleksiya Putelyas (İspaniya / “Barselona”) yer alıblar.

Qeyd edək ki, “The Best” mükafatı yanvarın 17-də təqdim ediləcək.