Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Teleqram” kanalında yerləşdirdiyi karikatura ilə ABŞ Nümayəndələr Palatasına keçirilən son sədr seçkilərini təsvir edib.
Azpost.info xəbər verir ki, fotoda respublikaçıları təmsil edən fil, demokratların obrazı eşşək və Ukraynanın simvolu kimi donuz əks olunub.
“15 raund… ABŞ-da hakim partiyalar Nümayəndələr Palatasının sədrini seçməyib, donuz leşini sürükləyiblər”, – Medvedev yazıb.
Qeyd edək ki, Nümayəndələr Palatasının üzvləri səsvermənin 15-ci turunda respublikaçıların lideri Kevin Makkartini yeni sədr seçiblər.
Azpost.info