Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Filmlərə dəstək məqsədilə növbəti müsabiqə elan edilib

Orkhan Ali 11 Yanvar 2025 - 19:46 (Last updated: 21 May 2025 - 20:15)
1

Mədəniyyət Nazirliyi və Kino Agentliyi (ARKA) post-prodakşn mərhələsində olan filmlərə dəstək məqsədilə növbəti müsabiqə elan edir. 

AzPost xəbər verir ki, 2025-ci ildə Mədəniyyət Nazirliyi və ARKA kino sənayesinin inkişafı istiqamətində bir neçə müsabiqənin keçirilməsini planlaşdırır.

Elan olunan müsabiqənin şərtlərinə görə, çəkilişləri başa çatmış filmlərin postprodakşn mərhələsinin işlərini tamamlamaq üçün maliyyə vəsaiti ayrılacaq.

Müsabiqənin keçirilməsində əsas məqsəd film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması və birgə film istehsalının dəstəklənməsidir.

Bir film üçün nəzərdə tutulan maksimal dəstək məbləği tammetrajlı bədii filmlər üzrə 30 000 (otuz min) AZN, tammetrajlı sənədli filmlər üzrə 20 000 (iyirmi min) AZN, qısametrajlı bədii və sənədli filmlər üzrə 15 000 (on beş min) AZN, qısametrajlı animasiya filmləri üzrə isə 13 000 (on üç min) AZN müəyyən olunub.

Yeni şərtlərə əsasən, yerli şirkətlərin tərəfdaş olduğu beynəlxalq layihələrə ayrılacaq vəsaitin maksimal həddi göstərilən məbləğlərdən 50 faiz çox olacaq.

Qeyd edək ki, ötən il keçirilən birinci müsabiqədə qalib gələn 6 filmə (“Geri dönüş”, “Sən haralısan, durna?”, “Tərsinə kölgələr”, “Səssiz zaman”, “Qara pişik, ağ şanı”, “Yaddaş sarayları”) 111 113 (yüz on bir min yüz on üç) AZN  maliyyə dəstəyi ayrılmışdı.

Müsabiqədə iştirak üçün www.arka.culture.az saytına daxil olub müraciət edə bilərsiniz.

 

Post navigation

Previous: Avropa İttifaqının xüsusi nümaydəsi İrəvanda patrul missiyası ilə görüşüb
Next: “Ermənistanın qərarı siyasi təbliğat və şantaj cəhdidir”

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Milli Məclisin deputatı Sevinc Hüseynovaya ağır itki üz verib. Gununsesi.info  xəbər verir ki, deputatın həyat yoldaşı Hacı...
Read more about Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.