“Finlandiya NATO-ya daxil olarsa, ərazisində nüvə silahı yerləşdirməyəcək”- Prezident Niinstö

“Finlandiya NATO-ya daxil olarsa, öz ərazisində nüvə silahı yerləşdirməyi planlaşdırmır”.

Azpost.info xəbər verir ki, bunu Finlandiya prezidenti Sauli Niinstö bildirib.

“Finlandiya öz ərazisinə nüvə silahı gətirmək niyyətində deyil və kiminsə onu finlərə təklif etdiyinə dair heç bir işarə yoxdur”, – Niinstö deyib.

Eyni zamanda, Niinstö nüvə silahını NATO-nun çəkindirmə qüvvələrinin tərkib hissəsi adlandırıb: “Bu da profilaktik alətdir”.

Finlandiya prezidenti deyib ki, nüvə müharibəsində qalib yoxdu, onu başlatmaq olmaz.

Ukraynadakı vəziyyəti şərh edən Niinistö bəyan edib ki, müharibənin sonu görünmür və heç bir tərəf güzəştə getmir. O, əlavə edib ki, Helsinki lazım olduğu müddətdə Kiyevə kömək etməyə davam edəcək.

Azpost.info

Əvvəlki məqalə

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atıldı –

Sonrakı məqalə

Prezident İlham Əliyev Füzuliyə səfər etdi –