Finlandiya parlamenti NATO-ya üzvlüklə bağlı qanun layihəsini təsdiqlədi

Finlandiya parlamenti ölkənin NATO-ya daxil olması haqqında qanun layihəsini təsdiqləyib.

Azpost.info xəbər verir ki, 200 deputatdan 184-ü sənədin qəbulunun lehinə, 7-si əleyhinə səs verib.

Qanun layihəsini ratifikasiya etmək üçün parlamentə sadə səs çoxluğu lazım idi.

Finlandiyanın NATO-ya daxil olması haqqında qanun layihəsinin yekun ratifikasiyası üçün onun ölkə prezidenti Sauli Niinistö tərəfindən təsdiqlənməsi lazımdır.

Azpost.info

Əvvəlki məqalə

Səadət Yusifova mədəniyyət nazirinin müavini təyin edildi

Sonrakı məqalə

BMT Baş Assambleyasının prezidenti bu gün Azərbaycana gəlir