Finlandiya prezidenti Türkiyəyə səfərə gəlir- NATO-ya üzvlüyü müzakirə etmək üçün

Finlandiya prezidenti Sauli Niinistö martın 16-da Türkiyəyə səfər edəcək.

Azpost.info xəbər verir ki, iki gün davam edəcək səfər zamanı Finlandiya lideri ölkəsinin NATO-ya üzvlük ərizəsini müzakirə edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

“Finlandiya prezidenti Sauli Niinistö Türkiyə prezidenti Tayyib Ərdoğanın dəvəti ilə 16-17 mart 2023-cü il tarixlərində ölkəmizə işgüzar səfərdə olacaq”, – məlumatda bildirilir.

Səfərin ilk günü Niinistö Türkiyənin cənub-şərqindəki zəlzələ bölgəsinə səfər edəcək. Martın 17-də o, İstanbulda Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Səfərdə Finlandiya liderini xarici işlər naziri Pekka Haavisto müşayiət edəcək.

Azpost.info

Əvvəlki məqalə

Kremldə Putin və Əsəd arasında danışıqlar başlayıb

Sonrakı məqalə

“İstefa verməyə hazırlaşmıram” –