Finlandiya Rusiya ilə sərhəd səddinin tikintisinə 6 milyon avro ayıracaq

Finlandiya Daxili İşlər Nazirliyi Rusiya ilə sərhəddə səddin tikintisinə 6 milyon avro ayıracaq.

Azpost.info xəbər verir ki, bu barədə Finlandiyanın “İlta-Sanomat” nəşri məlumat yayıb.

Səddin çəkilməsi üçün sərhəddəki torpaq sahələrinin sahibləri ilə müzakirələr aparılacaq. Yeni sərhəd qanunvericiliyi torpaq sahiblərindən hökumətin tələbləri ilə qeyd-şərtsiz razılaşmağı tələb edir. Qanunvericiliyə görə, torpaq sahəsi sərhəd təhlükəsizliyini qorumaq üçün zəruridirsə, sahibi hökumətin müvafiq tələbini rədd edə bilməz.

Azpost.info

Əvvəlki məqalə

“İmam”a aylıq pul verən şəxs alimentə görə məhkəməyə verilib

Sonrakı məqalə

Bakıda Rusiya səfirliyi qarşısında piket keçirilməsinə icazə verilməyib