Misir fironu Tutanxamonun boynundakı kulonunun hazırlandığı sarı şüşə meteoritin Yer səthinə düşməsi nəticəsində əmələ gəlib.
Azpost.info bildirir ki, bu nəticəyə Almaniya, Misir və Mərakeş universitetlərinin və tədqiqat mərkəzlərinin tədqiqatçıları gəlib və nəticələr Phys.org saytına dərc edilib.
Şüşənin mənşəyi təxminən bir əsrdir ki, elm adamları arasında mübahisə mövzusudur. O, tərkibinə görə heç bir təbii şüşəyə bənzəmir. Bu sarı şüşəyə yalnız Liviyanın cənub-şərqində və Misirin cənub-qərbində səhranın müəyyən hissəsində rast gəlmək olar. Onun yaşı təxminən 29 milyon ildir.
Yeni tədqiqat Liviya sakinindən alınmış iki sarı şüşə nümunəsinin analizinin nəticələrini təsvir edir. Onlar şüşənin tərkibində mineral olan sirkoniumun hissəciklərini tapıblar. Bu mineral isə yalnız 2250 və 2700 °C temperaturda əmələ gələ bilər. Həmçinin təxminən 130.000 atmosfer təzyiqində görünə bilən nadir orto-II polimorf da aşkar edilib.
Tədqiqatçılar yuxarıdakılara əsaslanaraq belə bir şüşənin Liviya səhrasında yalnız meteorit və ya atom bombasının partlaması nəticəsində peyda ola biləcəyi qənaətinə gəliblər. Şüşənin yaşını nəzərə alan alimlər meteorit nəzəriyyəsi üzərində dayanıb.
Azpost.info